====== "Hayatın Sözleri", "İyi Haberler", "Müjde Şarkıları" - Türkiye'de Konuşulan Bazı Diller / "Words of Life", "Good News", "Gospel Songs" - Some Languages Spoken in Turkey======
«
»
Azərbaycan, Güney - "İnsan Allahı Tanıya Bilərmi?".mp4
Manage episode 383862012 series 3528799
Turker Words of Life 1에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 Turker Words of Life 1 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
Azerice, Güney - "İnsan Tanrıyı Bilebilir mi?".mp4 / Azerbaijani, South - "Can One Know God?".mp4 // 1 KORİNFLİLƏRƏ 13 - Məhəbbətin qüdrəti1Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 2Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. 3Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. 4Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz, 5kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz. 6Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar. 7O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. 8Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq. 9Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10Kamillik gələndə məhdud olan aradan qalxacaq. 11Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. 12İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. 13İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.
…
continue reading
81 에피소드